Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

"Azərbaycan müəllimi" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 19 avqust saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.
 
1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.
 
İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
 
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.


19.08.2024 | 09:00