İmamqulukənd kənd tam orta məktəbində "Qusar Gənc Liderlik Düşərgəsi" keçirilib
Hər il yay tətilində keçirilən  Azərbaycan ictimaiyyətinin dəstəyilə keçirilmiş Qlobal Kənd Dil Kampı, Qusar rayonunun Zabit Rizvanov adına İmamqulukənd kənd tam orta məktəbində bu il bir qədər düşərgə fərqli bir formatda təşkil olunub. Qusar rayonunun ərazicə ikinci ən böyük kəndi olan İmamqulukənd 400-dən çox şagirdin təhsil aldığı məktəbə ev sahibliyi edir. 2024-cü ilin yayında keçirilən düşərgə isə bu il kənd uşaqlarına daha xüsusi və zəngin bir proqram təqdim edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, builki düşərgə 7-10 avqust və 12-15 avqust tarixlərində 80 nəfər şagirdin iştirakını təmin edərək, onların liderlik bacarıqlarını inkişaf etdirmək və İngilis dili biliklərini artırmaq məqsədini daşıyırdı. Kampın təşkilində ABŞ-dən gəlmiş iki tanınmış pedaqoq olan Matthew Schultz və Edvard Morganın iştirakıyla yanaşı, "Camping Azərbaycan"ın iki təcrübəli nümayəndəsi – Tural Ömərov və Günay Mürşüd iştirak ediblər. 
 
Qeyd edək ki,  Matthew Schultz ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Tənqidi Dil Təqaüd Proqramının məzunu olaraq dil tədrisi sahəsində dərin bilik və təcrübəyə malikdir. Edvard Morgan isə Fulbrayt Proqramının məzunu olaraq, təhsil və pedaqogika sahəsində geniş təcrübəyə sahibdir.
 
Düşərgədə ADA Universitetinin və Azərbaycan Dillər Universitetinin "Ingilis dilli" ixtisaslarında təhsil alan tələbələrin  iştirakı ilə yanaşı, kənd məktəblilərindən ibarət 10 nəfər könüllü şagird də iştirak ediblər. Könüllü məktəblillər düşərgənin müxtəlif sessiyalarında aktiv iştirak edərək, liderlik bacarıqlarını inkişaf etdirib və İngilis dili biliklərini artırıblar.
 
Düşərgə iştirakçılarına ABŞ-dəki təhsil proqramları haqqında məlumat vermək məqsədilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Təhsil və Mədəniyyət üzrə müşaviri Randy E.Cole və səfirliyin əməkdaşı Lamiyə Korçiyeva da qonaq olublar. Onlar könüllü şagirdlərə ABŞ-də mövcud olan müxtəlif təhsil imkanları barədə ətraflı məlumat verib və qlobal təhsil proqramlarına necə qoşula biləcəkləri barədə məlumatlandırma sessiyası keçiriblər. 


19.08.2024 | 13:11