Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi 22 avqust saat 18:00-dək uzadılıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti seçilməlidir.
 
Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.


19.08.2024 | 16:27