Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla bitirən növbəti məcburi köçkünlərə sertifikatlar verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən növbəti məcburi köçkünlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı-mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib.
 
İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.
 
Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları  ilk 10 həftədə nərəzi biliklər əldə edərək  istehsalat təlimində iştirak edir, sonuncu  iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
 
Bildiririk ki, təlimləri uğurla bitirən 84 məcburi köçkündən 36 nəfəri artıq işlə təmin edilib.
 
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.


20.08.2024 | 15:29