Qarabağ Universitetində müəllim kimi çalışmaq istəyənlərin nəzərinə
Qarabağ Universitetində ingilis dili müəllimi vəzifəsinə vakansiya elanı davam edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Qarabağ Universitetinin mətbuat xidməti məlumat yayıb.
 
Qarabağ Universiteti müəllimlərə bir çox fürsət və imkanlar təklif edir:
 
- peşəkar və həvəsləndirici mühit;
 
- özünüinkişaf şəraiti;
 
- rəqabətədavamlı əməkhaqqı.
 
Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “İngilis dili müəllimi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
 
Qeyd edək ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
 
Vakansiya üzrə avqustun 28-dək müraciət etmək olar.


22.08.2024 | 09:37