AzTU-nun nümayəndə heyəti beynəlxalq konfransda

Almaniyanın Brandenburq Texniki Universitetində (B-TU) "MDB və Şərqi Avropa ölkələri günləri" adlı beynəlxalq elmi-texniki konfrans keçirilib. Konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov, "Maşınqayırma texnologiyası" kafedrasının müdiri, professor Nizami Yusubov, Maşınqayırma fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov və "Xüsusi texnologiyalar və avadanlıqlar" kafedrasının professoru Fariz Əmirov təmsil ediblər.

 

Konfrans zamanı Brandenburq Texniki Universiteti, Çexiyanın Libereç Texniki Universiteti, Polşanın Vroslavl Texniki Universiteti və Zelena Qora Texniki Universiteti arasında əlaqələrin daha da möhkəmləndirilməsi və yaxın gələcəkdə yerinə yetirilməsi planlaşdırılan işlər müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq bu universitetlərin birgə iştirakı ilə Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində birgə layihə təqdim edilməsi haqqında qərar qəbul edilib.

 

Nümayəndə heyəti B-TU-da təşkil olunan “Enerji təminatı və enerji effektivliyi” (NESEFF) Beynəlxalq Şəbəkəsi üzrə təmsil olunan universitetlərin təqdimatında da iştirak edib.

 

Görüşlər zamanı ikili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və ya magistr hazırlığı üçün tədris planının işlənməsi və bu sahədə işlərin daha intensiv davam etdirilməsi, elmi-tədqiqat işlərinin aparılmasında ortaq mövzuların və maraqların müəyyən edilməsi üçün professor-müəllim, əməkdaş və tələbələrin mübadiləsinin gələcəkdə də davam etdirilməsi, təhsilin doktorantura səviyyəsində birgə mütəxəssislərin hazırlanması ən prioritet məsəllələr kimi qarşıya qoyulub.



21.11.2018 | 15:34