Ümumi orta təhsil bazasında kolleclərin boş qalan yerləri ilə bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
 
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, jurnalda ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı verilib. Burada, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.
 
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), eləcə də kitab mağazalarından almaq mümkündür.
 
Nəşrin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
 
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 3-dək aparılacaq.


28.08.2024 | 11:37