MİQ-in apellyasiya müsahibələrinin cavabı yaxın günlərdə göndəriləcək
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri məlumatı yaxın günlərdə  göndəriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. 
 
Qeyd edək ki, müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.


29.08.2024 | 16:08