Elm və Təhsil Nazirliyinə 67 202 vətəndaş müraciət edib

Avqustun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 67 202 vətəndaş müraciəti daxil olub.   

 

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 45 193-ü çağrı mərkəzləri, 634-ü sosial media, 7 334-ü "WhatsApp" vasitəsilə, 2 497-si elektron, 1 401-i yazılı formada yönləndirilib.

 

Vətəndaş qəbulu zamanı isə 10 143 müraciət qeydə alınıb. Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, ali təhsil müəssisələrinə qəbul, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.



02.09.2024 | 17:13