BMU-da maarifləndirmə tədbiri

Bakı Mühəndislik Universitetində  “ Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzindədir ” adlı  maarifləndirmə tədbir keçirilib.  Tədbiri  açan  universitetin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Yavər Məmmədov mövzunun aktuallığından və FHN-nin bu sahədəki rolundan danışıb. Bildirib ki, BMU-da bu sahəyə xüsusi diqqət yetirilir, bütün binalar lazımı avadanlıqlarla təmin edilib.

   

Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin maarifləndirmə sektorunun müdir əvəzi Emin Ramazanov və mərkəzin  əməkdaşları tərəfindən  fövqəladə halların növləri, təbii fəlakətlər və fövqəladə hallara necə hazır olmalı  kimi mövzularda təlim verilib. Mövzuya uyğun video-çarxlar izlənib və mütəxəssislər tərəfindən tələbələrin sualları cavablandırılıb.

 



22.11.2018 | 11:44