Mərkəzi imtahanlı lisey və gimnaziyalara III mərhələ qəbul nəticələri elan olunub
Mərkəzi imtahanlı lisey və gimnaziyalara III mərhələ qəbul nəticələri elan olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, valideynlər qəbul nəticələri barədə www.sy.edu.az elektron sistemindən şəxsi kabinetində "Sorğularım" menyusuna daxil olaraq tanış ola bilərlər.
 
5 sentyabr saat 15:00-dək qəbul olan şagirdlərin şəxsi işləri oxuduğu məktəbdən götürülməli və qəbul olduğu lisey və ya gimnaziyaya təqdim olunmalıdır.
 
Qeyd olunan tarixədək qəbul olduğu müəssisəyə sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab ediləcəkdir.


03.09.2024 | 11:25