BP-nin vitse prezidenti ADNSU-da seminar keçib | |
Noyabrın 21-də BP şirkətinin Əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti Orxan Quliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrə “Neft və qaz sənayesində risklərin idarə olunmasının tətbiqi” mövzusunda seminar keçib.
Seminarda neft-qaz sahəsində risklərin idarə olunmasına həsr olunan geniş təqdimatla çıxış edən O.Quliyev neft-qaz sənayesinin özünəməxsus təhlükələrinin olduğunu deyib və bu risklərin aradan qaldırılması yönündə görülməli olan tədbirlərdən danışıb. Neft və qaz layihələrinin bütün mərhələlərində qarşıya çıxan riskin qeyri-müəyyən və məhdud informasiya şəraitində qiymətləndirilməsi, baş verən qəzalardan və onların müasir həlli yollarından söz açan O.Quliyev tələbələrə təhlükə və risk hallarında idarə etmənin əhəmiyyətini izah edib. Seminarda həmçinin neft-qaz sənayesində potensial təhlükələr və onların qarşısının alınmasında gənc kadrların cəlb olunması məsələsinə toxunulub.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
|
|
![]() |
22.11.2018 | 16:11 |
|
|
|