BANM-də qəbul planı 100 faiz dolub
Bakı Ali Neft Məktəbinə (BANM) qəbul planı 100 faiz dolub.
 
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasında olub (687.1 bal).
 
Ölkədə ən yüksək orta keçid balı da (645 bal) ali məktəbə aiddir.
 
Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub.
 
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, 2024-cü ilin qəbul nəticələri ali məktəbin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir, elmi və akademik üstünlüyünü göstərir: “BANM öz mükəmməl tədris proqramları və yüksəkkeyfiyyətli təhsil imkanları ilə tanınaraq gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq”.


06.09.2024 | 16:46