Vəlvələ kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbinin yeni binasının da açılış mərasimi keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, müəllim və şagirdlər iştirak ediblər.
 
Qonaqlar yeni məktəb binasının müasir tələblərə cavab verdiyini, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaradacağını qeyd ediblər. 
 
Daha sonra məktəb binasında yaradılmış şəraitlə tanışlıq olub. 
 
Qeyd edək ki, məktəb 264 şagird yerlikdir.


06.09.2024 | 22:40