Rektor CİSCO şirkətinin nümayəndələri ilə görüşüb

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı CİSCO şirkətinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara ali məktəbdə son dövrlərdə həyata keçirilən islahatlar barədə məlumat verib. ADNSU tələbələrinin İT sahəsinə böyük maraq göstərdiyini deyən Mustafa Babanlı onların müasir İT biliklərə yiyələnməsinə şərait yaratmaq üçün universitetdə AzII IT Academy-nin fəaliyyət göstərdiyini qeyd edib. CİSCO ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən rektor M.Babanlı bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inandığını bildirib.

 

ADNSU ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən CİSCO şirkətinin ölkə üzrə meneceri İbrahim Səidov İT sahəsi üzrə peşəkar kadrların hazırlanması üçün birgə fəaliyyətin vacibliyini qeyd edib.

 

Təmsil etdiyi qurumun ali məktəblərlə əlaqələrin gücləndirilməsinə xüsusi önəm verdiyini deyən CİSCO şirkətinin MDB ölkələri üzrə şəbəkə akademiyasının müdiri Alyona Domotenko tələbələrin bu sahəyə marağının artması üçün motivasiya təlimlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Görüşdə tərəflər arasında gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

 



22.11.2018 | 17:07