Bu gün Azərbaycanda ADA, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti kimi yeni nəsil universitetlər yaranır
“Bu gün Azərbaycanda ADA, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti kimi yeni nəsil universitetlər yaranır”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib. 
 
O qeyd edib ki, digər universitetlərdə də ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq çoxsaylı islahatlar gedir: “Şübhəsiz, bu islahatların əsas məqsədi yerli universitetləri xarici universitetlərlə rəqabətə hazırlamaqdır. Bu baxımdan bugünkü platformanın xaricdəki alimlərin prosesə cəlb edilməsi üçün böyük əhəmiyyəti var”.
 
 
Günel ABBAS


09.09.2024 | 17:07