Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı pilot layihənin müddəti 3 il uzadılıb

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında dəyişiklik edilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliyə əsasən, elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi müddəti daha 3 il uzadılıb. Belə ki, pilot layihə 2021-2027-ci illəri əhatə edəcək.



09.09.2024 | 18:03