Bu il MİQ yolu ilə 214 müəllim Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə işlə təmin olunub
Bu il müəllimlərin işə qəbulu (MİQ) yolu ilə 214 müəllim Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə işlə təmin olunub və proses hələ davam etməkdədir.
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, 2023-2024-cü tədris ilində 394 müəllim ümumi təhsil müəssisələrində, 4 bağça müdiri, 42 tərbiyəçi-müəllim isə məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunub.
 
Bildirilib ki, 2024-cü ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ümumilikdə region üzrə 1 777 müəllim cəlb edilib. Onlardan 1 617 müəllim prosesin test mərhələsindən uğur qazanıb. 
 
İdarədən əldə edilən digər məlumata əsasən, yeni tədris ilinə hazırlıqla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 482 865 dərslik ümumi təhsil müəssisələri tərəfindən şagirdlərə təqdim edilib. Bunlar Abşeron rayonu üzrə - 209 074, Sumqayıt şəhəri üzrə - 267 560, Xızı rayonu üzrə isə 6 231 ədəd dərslik təşkil edib.
 
Lamiyə ƏLİMƏRDANOVA,
Abşeron-Xızı regionu üzrə təmsilçi


12.09.2024 | 17:10