Bakı şəhəri üzrə direktor müavinləri üçün təlimlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktor müavinləri üçün metodiki idarəetmə səriştələrinin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir.
 
BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirlib ki, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən keçirilən təlimlərin əsas məqsədi təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin dərs bölgüsünün aparılması, fənlərin bacarıq yönümlü təsnifatı, cədvəl nümunəsi və elektron dərs cədvəlinin hazırlanması ilə bağlı məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
 
Dörd hissədən ibarət olan təlimlərdə kurikulum əsaslı dərs cədvəlinin tərtibi, şagird nailiyyətlərinin yüksəldilməsi, öyrətmə və öyrənmənin səmərəli təşkili, dərsdinləmə və peşəkar inkişaf, məktəb sənədlərinin işlənməsi barədə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə ətraflı məlumat verilir.
 
Həmçinin təlimlərdə müvafiq mövzular ətrafında müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
 
Qeyd edək ki, təlimlərin davam etdirilməsi, həmçinin paytaxtın bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur.


13.09.2024 | 10:40