ARTİ tərəfindən tərbiyəçi-müəllimlər üçün təşkil olunmuş təlimlər davam edir
Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün təşkil olunmuş təlimlər davam edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Şirvan şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərə ixtisasartırma təlimləri keçirilir. 
 
4 gün keçirilməsi nəzərdə tutulan təlimlərin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.
 
Tural NƏSİROV, 
Şirvan-Salyan üzrə regional təmsilçi


13.09.2024 | 12:39