Ağstafa rayon Zəlimxan kənd tam orta məktəbin yeni binasının açılışı olub
Sentyabrın 16-da Ağstafa rayon Zəlimxan kənd tam orta məktəbin yeni binasının açılışı olub.
 
1988-ci ildə inşa olunan Ağstafa rayon Zəlimxan kənd tam orta məktəbi 2023-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun “Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəbin inşasına başlanılmışdır. 2024-cü ilin aprel ayında tikintisi yekunlaşdırılmışdır.
 
 “Azərbycan müəllimi” xəbər verir ki, açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsi müdirinin müavini Nəriman Qəhrəmanlı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, rayon ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.
 
Çıxış üçün dəvət olunan qonaqlar yeni məktəbin açılışı münasibətilə məktəb kollektivini və valideynləri təbrik ediblər. Daha sonra məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. Müasir standartlara cavab verən məktəbin təhsilin inkişafı üçüb bütün tələblərə cavab verdiyini vurğulayıblar. 
  
Məktəb binası 220 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, 3 laboratoriya otağı, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur. Məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılıb, müxtəlif dekorativ ağac və çiçəklər əkilib.
Zəlimxan kənd tam orta məktəbinin yeni binası avadanlıqlarla təmin edilib, eyni zamanda kamera sistemi də quraşdırılıb.
 
Yeni məktəbin açılışı müəllim və şagirdlərlə yanaşı, kənd sakinlərinin də sevincinə səbəb olub.
 


16.09.2024 | 15:59