ADNSU-da “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti seminar keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin, həmçinin “Neft kimya texnologiyası sənaye ekologiyası” və “Sənaye təhlükəsizliyi  və əmək mühafizəsi” kafedralarının təşkilatçılığı ilə seminar keçirilib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
“Azərbaycan qlobal iqlim dəyişkənliyinin ön cəbhəsində:yaşıl ideyalar və texnologiyalar”, “Sənaye inqilabından yaşıl həyata”, “Avtomobil şinlərinin utilizasiyası” mövzularında keçirilən seminarda ADNSU-nun professor-müəllim heyəti və tələbələr, eyni zamanda  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də iştirak ediblər. 
 
Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev tədbir iştirakçılarını salamlayaraq “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən seminarların xüsusi maraq kəsb etdiyini deyib və cari mövzularla bağlı ətraflı məlumat verib.
 
Sonra “AzerEnerji”ASC-nin Texniki Şuranın üzvi və “Azərİşıq” ASC-nin Tədris mərkəzinin məsləhətçisi Tahir Cəfərov  “Yaşıl ideyalar və texnologiyalar” mövzusunda, “Neft kimya texnologiyası sənaye ekologiyası” kafedrasının dosenti Dürdanə Şirinova “Sənaye inqilabından yaşıl həyata” mövzusunda, “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının dosenti Bəyim Şahpələngova “Avtomobil şinlərinin utizlizasiyası mövzusunda təqdimatla çıxış ediblər.
 
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


19.09.2024 | 09:59