Üç mindən çox müəllim təkrar sertifikatlaşdırmadan keçib
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
 
Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.
 
Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçmiş 24 təhsilverənin vəzifə maaşına 35 faiz, 3369 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunacaq.
 
Nəzərinizə çatdırırıq ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan etibarən qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.


24.09.2024 | 14:32