Peşə təhsili müəssisələrinə qəbul olan əcnəbi tələbələrin sayı açıqlanıb
66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, 29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 85%-i dövlət sifarişi əsasında, 15%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.


25.09.2024 | 11:07