Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq
Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.
 
Ən çox tələbat olan ixtisaslar arasında isə aşpaz, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, qrafik dizayner, mühasibat uçotu, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, veb dizayn və proqram təminatı ixtisasları yer alır.


25.09.2024 | 11:17