Məktəbəhazırlıq qruplarına gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi 27 sentyabr 2024-cü il saat 18:00-da dayandırılacaqdır.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, qeyd edilən tarixə qədər valideynlər mektebeqebul.edu.az saytından övladları üçün sorğu yerləşdirə bilərlər.

 

Əlavə olaraq bildirək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların elektron qeydiyyatı 15 oktyabr 2024-cü il saat 18:00-a qədər www.mektebeqebul.edu.az saytı üzərindən aparılacaqdır.

 

 



26.09.2024 | 13:37