Şirvan-Salyan RTİ sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar açıqlama yayıb
Şirvan şəhər 5 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz videogörüntülər yayılıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama verib.
 
Açıqlama zamanı bildirilib ki, həmin videogörüntülərdə səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Tərbiyəçi-müəllimlərin sentyabr ayı üçün əməkhaqları digər aylarda olduğu kimi hesablanmış və plastik kart hesablarına köçürüləcəkdir: "Qeyd etmək istəyirik ki, həmin məktəbəqədər təhsil müəssisəsində idarə əməkdaşları tərəfindən monitorinq aparılıb.  Monitorinq zamanı müəssisənin bir neçə əməkdaşının müəssisənin daxili nizamnaməsi ilə təsdiq olunmuş iş qrafikinə əməl etməyərək, əmək intizamını  pozduğu aşkar edilmişdir. Hal-hazırda həmin şəxslər barəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür".


26.09.2024 | 14:56