Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Belə ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçərək xidmətlər bölməsindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçə bilərlər.
 
Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olunanlar sırasından xaric ediləcəklər.


27.09.2024 | 16:23