İdmançı tələbə mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan İlkin Bəhramov kikboksinq idman növü üzrə son bir ildə  8 dəfə respublika, 2 dəfə beynəlxalq səviyyəli yarışların qalibi olub. O, eyni zamanda dünya və Avrasiya çempionatlarının qalibi olmaqla yanaşı həmin çempionatların kəmərinə də sahib çıxıb.

 

Universitetin rektoru, professor Havar Məmmədov nailiyyətləri münasibətilə İlkin Bəhramovu  və onun valideynini qəbul edib.  Prezident İlham Əliyevin gənclərə və idmana  qayğısından, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından danışan rektor qeyd edib ki, Bakı Mühəndislik Universitetində tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı idman, incəsənət və sosial fəaliyyətlərlə də məşğul olmaları üçün hər cür şərait yaradılıb.

 

İlkin Bəhramovun valideyni Ülvi Bəhramov  universitetdə yüksək səviyyəli təhsil mühitinə  və övladının beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasına görə professor Havar Məmmədova təşəkkür edib.

 

Sonda rektor Havar Məmmədov İlkin Bayramova uğurları münasibətilə universitetin Fəxri fərmanını və mükafatını təqdim edib.

 



14.03.2018 | 18:00