“ƏN YAXŞI YAZI”

Ölkənin ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri dövlət dilinin tədrisi ilə bağlı elmi-nəzəri və metodiki yazılarını təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

 

Yazılar 01.12.2018-ci il tarixindən 15.01.2019-cu il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Təqdim olunan yazıları tanınmış pedaqoq, alim və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti dəyərləndirəcək.

 

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 

Müsabiqənin əsas şərtləri:

 

1.  Yazılar Azərbaycan dilində, Times New Roman şrifti ilə təqdim edilməli, həcmi 6 min işarədən az, 9 mindən çox olmamalıdır.

2.  İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (adı, soyadı, əlaqə telefonu, çalışdığı təhsil müəssisəsinin adını) qeyd etməlidirlər.

3.  Hər iştirakçı müsabiqəyə bir orijinal yazı təqdim edə bilər.

4.  Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.

 

Əlaqə tel.: (012) 539-11-91; (012) 539-10-12

 

 



30.11.2018 | 16:01