Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan “dəyirmi masa”

Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr edilən “dəyirmi masa” keçirilib.

 

Təhsil şöbəsindən  verilən məlumata görə, “dəyirmi masa”nın keçirilməsində məqsəd şagirdlərə xalq şairinin fəaliyyəti və əsərləri barədə məlumat verməkdən ibarət olub.

 

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustadlarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

 

Sonda şagirdlər B.Vahabzadə yaradıcılığından müxtəlif şeirlər söyləyiblər.



02.12.2018 | 14:40