PETRA layihəsi çərçivəsində növbəti təlimlərə start verilib

“Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities (PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim-tədris və resurs mərkəzi (Teaching and Learning Centre) ingilis dili müəllimləri üçün növbəti təlimlərə başlayıb. Belə ki, dekabrın 4-də ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili təqaüdü proqramı (El-Fellow)” çərçivəsində ölkəmizdə çalışan mütəxəssis Amy Zhupikov Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İngilis dili dərslərində qrup işindən istifadə” mövzusunda təlim keçib.

 

Qeyd edək ki, ADPU-nun tərəfdaşı olduğu bu layihənin məqsədi öyrənmə və təlim prosesinin pedaqoji və texnoloji ehtiyaclarını ödəmək üçün insan kapitalının inkişaf etdirilməsi, innovativ texnologiya, tədqiqat, o cümlədən Avropa universitetləri ilə uzunmüddətli münasibətlərin qurulmasını şərtləndirən keyfiyyətli öyrənmə və təlimin inkişaf dinamikasının təmin edilməsindən ibarətdir. Layihənin iştirakçıları  doktorantura səviyyəsində təhsil alan tələbələr, tədqiqatçılar, professor-müəllim heyətidir.

 



05.12.2018 | 11:51