Fənn müəllimləri üçün seminarlar

Paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan təsviri incəsənət müəllimləri üçün seminarlar keçirilib.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi fənnin tədrisi prosesində müasir təlim texnologiyalarının səmərəli tətbiqi, dərs planlaşdırması, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsindən ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda fənnin tədrisi zamanı dərsin düzgün istiqamətdə aparılması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin tədrisin keyfiyyətinə təsiri barədə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib.

Seminarların sonunda qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, seminaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

06.12.2018 | 10:21