Peşəyönümü işinin təşkili ilə bağlı yeni layihə

Lənkəran Peşə Liseyi “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib.

 

Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə sərgi –seminar formatında təşkil olunub.

 

Tədbirdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulanıb. 

 

Tədbir çərçivəsində təşkil olunan sərgidə Lənkəran Peşə Liseyinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili və təlimi ilə bağlı şagirdlərə və valideynlərə ətraflı məlumat verilib. Həmçinin şagirdlər istehsalat prosesində iştirak ediblər. 

 

Sərgi-seminar zamanı Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları məktəb-liseyin ibtidai siniflərinə hədiyyə olunub.

 

Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində davam etdiriləcək. 

 



07.12.2018 | 11:33