Uşaq sifətinə malik robot

Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uşaq kimi görünən 2-ci nəsil “Affetto” robotunu təqdim ediblər. Alimlərin sözlərinə görə, onun sifətində əvvəlkindən daha çox emosiya ifadə olunur.

 

www.robo-hunter.com saytının məlumatında bildirilir ki, robotu daha emosional etmək üçün tədqiqatçılar onun sifətinin 116 nöqtəsinin hərəkətini izləyiblər. Onlar yeni robotun hazırlanması üçün tədqiqat nəticələrinə əsaslanıblar.

 

1-ci nəsil robot yalnız gözlərini fırlatmağı və alt dodağını hərəkət etdirməyi bacarırdısa, yeni robot göz qırpmaq, ağzını açmaq və təbəssüm etməyi öyrənib.

 

İstehsalçılar iddia edirlər ki, videoda təsadüfən təbəssüm və təəccüb ifadələri meydana çıxıb. Əslində bu, açıq və qapalı olan ağız və gözlərin variasiyalarıdır. Xüsusilə robotun sol gözünün daim dartılması qorxunc görünüb.

 



08.12.2018 | 12:43