Ümummilli liderə dərin ehtiramla

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Naxçıvan Dövlət Universitetinin kollektivi də xalqımızın böyük oğlunun xatirəsinə sonsuz məhəbbətini bildirib. Universitetin çoxsaylı kollektivi dahi öndərin əziz xatirəsini yad edərək onun Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Azərbaycan dövlətçilik tarixində, dünya siyasət meydanında özünəməxsus yeri olan bu parlaq şəxsiyyət öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın çoxəsrlik müstəqillik arzusunun reallaşmasına nail olub. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.  Universitetin professor-müəllim heyəti, tələbələr bu böyük tarixi şəxsiyyətin işıqlı xatirəsini yad edərək onun böyük ideyalarını ləyaqətlə davam etdirəcəklərini bəyan ediblər. 



12.12.2018 | 18:45