“Atlas” robotu insan kimi yeriməyi “öyrənib”

 

Florida İnstitutunun mütəxəssisləri “Boston Dynamics”in “Atlas” robotuna insan kimi yeriməyi öyrədiblər.

 

www.robo-hunter.com saytının məlumatına görə, insanabənzər robot əvvəllər ayaqlarında dizlərini əyib müxtəlif səthlər üzrə hərəkət edirdi. İstehsalçılar onun yerişinin insana daha çox bənzədilməsi qərarına gəliblər.

 

Mütəxəssislər “Atlas” üçün yeni bədəni idarə etmə alqoritmini hazırlayıblar. O, dizləri sayəsində ayaqlarını  düzəldərək  düz   səth  üzrə  hərəkət  edə bilir.

 

Sınaqlar zamanı “Atlas” şaquli vəziyyətdə dayanır və onun hərəkət etməsi üçün mütəxəssislər robotu kürəyindən azca itələyirlər. Avtomatlaşdırılan insanabənzər qurğu dizini əymədən ayaqlarından birini irəli ataraq tarazlığı qoruyur. Bu halda ikinci ayaq bir az əyilir. O, yenidən tarazlığını düzəldərək başlanğıc vəziyyətə qayıdır.

 



15.12.2018 | 10:37