Obyektləri “gizlədən” yeni texnologiya

İtaliyanın “UEX” qrupunun tədqiqatçılarının təqdim etdiyi yeni texnologiya xarici gizlətmə qatları əlavə olunmadan daxildən görünməzlik əldə etməyə nail olur. Bu yanaşma optikada yeni sərhədlər açır, əlaqələr və biomühəndislik sistemlərində çoxsaylı üstünlüklər əldə etməyə imkan verir.

 

www. hi-tech.mail.ru saytının bu barədəki məlumatında bildirilir ki, tədqiqatçılar obyekti onun daxilinə nüfuz etməklə görünməz edə bilən materialların elektromaqnit xüsusiyyətini öyrəniblər. İxtiranın müəllifləri qeyd edir ki, onları bu işə ilhamlandıran Herbert Uelsin “Görünməz adam” romanıdır. Roman qəhrəmanının xüsusi inyeksiya etməklə görünməz olması tədqiqatçılarda yeni ideyanın yaranmasına səbəb olub.

 

Bu metodla kənar qurğulardan istifadə etmədən obyektin daxilən görünməzliyinə nail olmaq mümkündür.

 

Görünməzlik spektri kifayət qədər geniş olmadığından hələ ki, metod yalnız kiçikölçülü obyektlər üçün istifadə oluna bilər.



16.12.2018 | 11:45