ADNSU ilə “Metak” şirkəti arasında memorandum imzalanıb

Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, prorektorlar, eləcə də Neft-mexanika və Kimya-texnologiya fakültələrinin professor-müəllim heyəti “Metak” şirkətində olub.

 

Professor M.Babanlı və nümayəndə heyəti “Metak” şirkətinin 3 istehsalat laboratoriyasında olub, istehsal prosesinə baxıblar. Şirkətin nümayəndələri çalışdıqları qurumun fəaliyyəti haqqında geniş məlumat veriblər.

 

Görüşdə həmçinin tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb. Tələbələrin buraxılış işi mövzularının seçilməsi, istehsalat təcrübəsi, həmçinin magistrantların şirkətdə işləməsi barədə geniş söhbət gedib.

 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.



20.12.2018 | 17:23