Şahmat üzrə Respublika birinciliyinin ikincisi

2017-ci ilin dekabr ayında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Göyçay şəhərində keçirilən Şahmat idman növü üzrə Respublika birinciliyinin final mərhələsində Samux rayon UGİŞM-nin yetirməsi Aytac Məmmədova III yerə layiq görülüb.

 

Respublika səviyyəli yarışın final mərhələsində III yerə layiq görüldüyü üçün Aytac 2018-ci ilin dekabr ayında Salyan rayonunda keçirilən Respublika birinciliyində birbaşa iştirak etmək hüququ qazanıb. Keçirilmiş yarışın nəticəsində 12 yaşlılar arasında Aytac Məmmədova üç oyun bərabərə, qalan oyunlarının hamısında qalib gələrək Respublika üzrə II yerə layiq görülüb.

 

Yarışda qalib olmuş Aytac Təhsil Nazirliyi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Nurəddin BABAYEV,

Samux Rayon Təhsil Şöbəsinin  ictimaiyyətə əlaqələr üzrə məsul şəxsi



23.12.2018 | 15:11