Təhsil işçiləri arasında intellektual yarışma

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan bilik yarışının əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf  etdirməkdən, təhsil sahəsində intellektual yarışmalara olan marağı daha da artırmaqdan ibarətdir.

 

Bilik yarışında BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarından, ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 32 komanda üç turda çempionluq uğrunda mübarizə aparıb.

 

Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual qarşılaşmanın nəticələrinə əsasən, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

 



24.12.2018 | 10:20