AzTU-nun tələbəsi karate üzrə çempion oldu

21-23 dekabr tarixlərində karate üzrə XXI Respublika çempionatı və “Avropa kəməri”  uğurunda  Azərbaycanda keçirilən yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi də iştirak edib. Yarışda AzTU-nun  Avtomatika və kompüter texnikası fakültəsinin I kurs tələbəsi Əli Abbaszadə bütün rəqiblərinə qalib gələrək, 7 qat çempion və “Avropa kəməri”nin sahibi olub.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çempionla görüşərək, onu təbrik edib və uğurlar arzulayıb.



24.12.2018 | 16:30