LDU-da “Yeni il karnavalı”

Lənkəran Dövlət Universitetində  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  “Yeni il karnavalı” keçirilib. Lənkəran Dövlət Humanitar Kolleci  ilə birgə  keçirilən bayram  tədbirini  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq  iştirakçılara bayram arzularını çatdırıb.O, başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

Tədbirdə 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə fəxri fərmanlar təqdim edilib.

 

Karnavalda Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Humanitar Kollecinin istedadlı tələbələri maraqlı  konsert proqramı nümayiş etdiriblər.

 

Sonda  professor Natiq İbrahimov tədbirin təşkilatçılarına, maraqlı musiqi nömrələri ilə çıxış edən   gənc istedadlara  minnətdarlıq edib.

 



28.12.2018 | 15:04