Respublika çempionatının basketbol və voleybol üzrə zona yarışları başa çatıb

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq voleybol və basketbol idman növləri üzrə sonuncu zona yarışları keçirilib.

 

Göygöl Olimpiya İdman Kompleksində voleybol idman növü üzrə keçirilən oyunlarda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Gəncə şəhər 2 nömrəli tam orta məktəbin, II yeri Bərdə rayon Gülgəzli kənd tam orta məktəbin, III yeri Tovuz rayon Bayramlı kənd tam orta məktəbin komandası tutub.

 

Basketbol idman növü üzrə zona yarışı Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Cəlilabad rayon 8 nömrəli məktəb-liseyin, II yeri Astara rayon Səncərədi kənd tam orta məktəbin, III yeri Salyan rayon 2 saylı tam orta məktəbin komandaları tutub.

 

Zona yarışlarının nəticəsi olaraq voleybol və basketbol idman növləri üzrə I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

 

Çempionatın əsasnaməsinə uyğun olaraq, yarışların final mərhələsi 2019-cu ilin mart ayında Bakı şəhərində keçiriləcək. Yarışların final mərhələsində voleybol idman növü üzrə Xətai rayon 269 nömrəli tam orta məktəbin, Suraxanı rayon 87 nömrəli tam orta məktəbin, Şirvan şəhər 16 nömrəli tam orta məktəbin, İmişlı rayon Rəsullu kənd tam orta məktəbin,Gəncə şəhər 2 nömrəli tam orta məktəbin, Bərdə rayon Gülgəzli kənd tam orta məktəbin, Masallı rayon Hişkədərə kənd tam orta məktəbin, Lənkəran rayon Şağlaser kənd tam orta məktəbin, Şəki rayon Böyük Dəhnə kənd 2 nömrəli tam orta məktəbin, Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbin, Abşeron rayon Aşağı Güzdək tam orta məktəbin, Qusar rayon Urva kənd tam orta məktəbin, basketbol idman növü üzrə Şəki rayon Kiş kənd 1 nömrəli tam orta məktəbin, Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin, Xətai rayon 269 nömrəli tam orta məktəbin, Səbail rayon 160 nömrəli tam orta məktəbin, Cəlilabad rayon 8 nömrəli məktəb-liseyin, Astara rayon Səncərədi kənd tam orta məktəbin, Xaçmaz rayon 6 nömrəli tam orta məktəbin, Qusar rayon 6 nömrəli tam orta məktəbin, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin, Sabirabad rayon 2 nömrəli Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyin, Gəncə şəhər 19 nömrəli tam orta məktəbin, Göygöl rayon Xəqani kənd tam orta məktəbin komandaları mübarizə aparacaq.

 

Məktəblər arasında respublika çempionatı cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparır. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

 



28.12.2018 | 16:08