“Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət”

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık-Kul Dövlət Universiteti tərəfindən ““Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət” mükafatına layiq görülüblər.

 

Alimlər bu mükafatla uzun illər ərzində apardıqları elmi araşdırmaları ilə türk dünyasına, mədəniyyətinə və dilinə verdikləri töhfəyə görə təltif olunublar.



04.01.2019 | 14:29