BSU-da qış imtahan sessiyası uğurla davam edir

Bakı Slavyan Universitetində (BSU) yanvarın 3-dən başlayan qış imtahan sessiyası uğurla davam edir. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işləri aparılıb, şəffaflığın təmin edilməsi üçün lazımi  şərait yaradılıb. Universitetin rektoru, professor Nurlana Əliyeva imtahandan öncə hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirib, onlara öz tövsiyyələrini verib. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrinin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. Tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb.

 

Universitetdə bütün imtahanlar, bir qayda olaraq, yazılı formada aparılır.  Qeyd edək ki, qaydalara uyğun olaraq imtahanlararası müddət 3 gündən az olmamalıdır. İmtahanlara ayrılmış vaxt isə 3 saat müəyyənləşdirilib. İmtahan sessiyası ilə bağlı yaradılmış Qərəargahda tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxılır.

 

Həmişə olduğu kimi, bu il də imtahan sessiyyası ərzində Mətbuat Xidməti tərəfindən imtahanlara ictimai nəzarəti həyata keçirən mediaturların təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, BSU-da imtahan sessiyası əyani şöbədə fevralın 1-də, əlavə təhsil şöbəsində fevralın 11-də, qiyabi şöbədə isə fevralın 15-də yekunlaşacaq.



08.01.2019 | 13:26