“Ən yaxşı vətənpərvər tədqiqatçı alim”

Bakı Mühəndislik Universiteti Dillər Məktəbinin direktoru, BMU Qadınlar şurasının sədri, “Tərcümə” kafedrasının dosenti, Böyük Britaniyanın Essex Universitetinin "Bespoke Teacher Trainer" mükafatçısı,  filologiya üzrə fəlsəfə doktoru Ətrabə Gül gənc nəslin tərbiyəsində, ixtisaslı mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın yaxın və uzaq ölkələrlə ədəbi-mədəni əlaqələrinin genişlənməsində, ölkəmizi, onun ədəbi fikrini ingilisdilli oxuculara çatdırılması işində xidmətlərinə, Azərbaycanın mənəvi sərvəti olan multikultural dəyərlərin qorunmasında, habelə bədii tərcümə sahəsində apardığı uğurlu elmi tədqiqatlarına görə “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diplomuna layiq görülüb.

   

Qeyd edək ki, "Avropa Nəşr Mətbuat Evi" vaxtaşırı elm, təhsil sahəsində fərqlənən görkəmli alimləri qiymətləndirərək qızıl medalla təltif edir.

 



08.01.2019 | 14:41