Tələbələrimiz üçün daha bir imkan

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018/2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramı Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil nazirlikləri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2011-ci il oktyabrın 11-də Buxarestdə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

 

Təhsil Nazirliyinin saytında yerləşdirilmiş  elanda (edu.gov.az/upload/file/ELAN/2018/03/Ruminya-elan.pdf) proqrama müraciət forması, seçim prosesi və maliyyələşmə, müsahibə mərhələsində iştirak üçün əsas meyarlar, tələb olunan sənədlər və s. ilə bağlı məlumatlar verilir.  Arzuedənlər müvafiq sənədləri iki nüsxədə təqdim eyməlidir. Sənədlərin bir nüsxəsi ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmalıdır. Təqaüd proqramı ilə bağlı aprelin 12-dək müraciət etmək olar.  Poqram  bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir. Yaş həddi bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşdır. Tədris rumın dilindədir. Təqaüd proqramı ilə bağlı sualları [email protected] elektron ünvanına və ya Rumıniya Milli Təhsil Nazirliyinin əməkdaşı xanım Ana Anghelescuya (tel: +40214055705, e-mail: [email protected]) ünvanlamaq mümkündür.


Oruc MUSTAFAYEV

 

 



27.03.2018 | 10:49