“Tullantılara ikinci həyat” adlı sərgi

Məktəblilərin əl işlərindən ibarət “Tullantılara ikinci həyat” adlı sərgi keçirilib.

 

Paytaxtdakı 191 nömrəli tam orta məktəbdə təşkil olunmuş sərginin əsas məqsədi ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

 

Sərgidə məktəbin V, VI və VII sinif şagirdlərinin ideya və bacarıqlarına uyğun olaraq tullantılardan hazırladıqları müxtəlif eksponatar nümayiş olunub.

 

Sərgidə çıxış edənlər məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyini deyiblər. Bildirilib ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir  və minimum itki ilə yenidən məişətə qayıdır.

 

Həmçinin  bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.

 

 



17.01.2019 | 11:04