SABAH tələbələrinin bilik yarışı

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib.

 

8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.

 

Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 100-dən artıq tələbə cari ilin aprel ayının sonunda keçiriləcək ikinci mərhələdə iştirak edəcək.



27.03.2018 | 16:37